Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lökbatan qəsəbə sakini R.Məlikov saxlanılmışdır
29.01.2020Qaradağ RPİ 10-cu PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lökbatan qəsəbə sakini R.Məlikov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə onun evindən əlavə olaraq 460 qrama yaxın marixuana aşkar edilərək götürülmüşdür.