Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini K.Nəcəfov saxlanılmışdır
29.01.2020Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-dən 27-dək olan müddətdə rayon ərazisində 8 avtomobildən ümumilikdə 870 manat, 2500 manat dəyərində qızıl-zinət əşyası, mobil telefon, sənəd, videoqeydiyyat və naviqator qurğusu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Nəcəfov saxlanılmışdır.