Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Mahir Ağayev saxlanılmışdır

29.01.2020

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Ağayev şəhər ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin aşkar edilərək götürülmüşdür.

Davam etdirilən tədbirlərlə onun evindən əlavə olaraq 101 qrama yaxın heroin, 219 qrama yaxın metamfetamin və  1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

29.01.2020 tarixinə olan kriminal məlumatlar