Səbail rayonu ərazisində “Volvo” markalı avtomobildən oğurluğa cəhd göstərən şəxs saxlanılaraq 9-cu Polis Bölməsinə təhvil verilmişdir
20.01.2020Yanvarın 19-da saat 21 radələrində Səbail rayonu A.Zeynallı küçəsində “Volvo” markalı avtomobildən oğurluğa cəhd göstərən şəxs həmin ərazidə xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin şəxsin paytaxt sakini X.Mustafayev olduğu müəyyən edilmiş və o, 9-cu Polis Bölməsinə təhvil verilmişdir.
Araşdırma aparılır.