Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini R.Mehdiyev saxlanılmışdır
20.01.2020Sabunçu RPİ 13-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Mehdiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 108 qram heroin aşkar edilərək götürülmüşdür.