Nəsimi rayonu ərazisində “Hyundai” markalı avtomobildən pul və sənəd oğurlamaqda şübhəli bilinən E.Şükürov saxlanılmışdır
20.01.2020Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 12-də rayon ərazisində “Hyundai” markalı avtomobildən 1205 avro, 20 ABŞ dolları və sənəd oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş E.Şükürov saxlanılmışdır.