Nəsimi rayonu ərazisindəki idman zallarının birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
20.01.2020Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də rayon ərazisindəki idman zallarının birindən 1125 manat, 2 ədəd velosiped və 1 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini R.Dadaşzadə və Quba rayon sakini A.Həsənov saxlanılmışdır.