Gecə saatlarında paytaxt küçələrindən birində tənha olması müşahidə edilən azyaşlı qız valideynlərinə təhvil verilmişdir
11.01.2020Yanvarın 10-da saat 23.30-da Nəsimi rayonunun Cavadxan küçəsində tənha olan azyaşlı qız ərazidə xidmət aparan Rayon Mühafizə İdarəsinin əməkdaşlarının diqqətini cəlb etmiş və ona yaxınlaşmışlar. Polis əməkdaşları tərəfindən onun Bakı şəhər sakini, 13 yaşlı A.Fikrətli olması müəyyən edilmiş və o, valideynlərinə təhvil verilmişdir.