Sumqayıt şəhərində piyadanın xəsarət alması ilə nəticələnən YNH-ni törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü N.Əhlimanov saxlanılmışdır
11.01.2020Yanvarın 8-də saat 19 radələrində Sumqayıt şəhərinin Babək küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini E.Hüseynova vurulmuş və o, xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, şəhər sakini N.Əhlimanov saxlanılmışdır.