Əcnəbi vətəndaşa zor tətbiq edərək çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən A.Qasımov saxlanılmışdır
11.01.2020Baş Cinayət Axtarışı İdarəsi, Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da əcnəbi vətəndaş Z.Kotsevaya zor tətbiq edərək içərisində 120 manat və açar olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qasımov saxlanılmışdır.