Hosteldən əcnəbi vətəndaşın mobil telefonunu və pulunu oğurlamaqda şübhəli bilinən T.Mustafayev saxlanılmışdır
11.01.2020Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş N.Abakirova yanvarın 5-də hosteldə yaşadığı otaqdan mobil telefonunun və 2000 lirə pulunun oğurlandığını bildirmişdir.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Mustafayev saxlanılmışdır.