Ağcabədi rayon sakini F.Həsənov ictimai qaydanı pozduğu üçün saxlanılmışdır
27.11.2019Noyabrın 26-da saat 23 radələrində Sabunçu dəmir yolu stansiyasının ərazisində Ağcabədi rayon sakini, əvvəllər soyğunçuluq, hədə-qorxu ilə tələb etmə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol nəqliyyat hadisəsi yerindən qaçma cinayətlərinə görə məhkum olunmuş F.Həsənov ictimai qaydanı pozduğu üçün həmin ərazidə xidmət aparan Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şöbəyə gətirilmişdir.
Şəxsi axtarış zamanı ondan 1 ədəd bıçaq aşkar edilərək götürülmüş və sərxoş halda olması müəyyən edilmişdir.
Şöbədə F.Həsənov ağzında gizlətdiyi lezviya ilə özünün sağ qol nahiyəsinə xəsarət yetirmişdir. Polis əməkdaşları tərəfindən həkim briqadası çağırılmış və ona zəruri tibbi yardım göstərilmişdir.Toplanmış material Sabunçu rayon prokurorluğuna göndərilmişdir.