Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şamaxı şəhər sakini Ş.Hacıyevə odlu silahdan açılan atəşlə xəsarət yetirməkdə şübhəli bilinən V.Əsgərov saxlanılmışdır

27.11.2019

Noyabrın 27-də saat 19 radələrində Şamaxı şəhəri ərazisindəki “Ovçu” mağazalarının birinin satıcısı işləyən V.Əsgərovun həmin məkanda münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunmuş Ş.Hacıyevin döş nahiyəsinə və sol əlinə xəsarət yetirməsi barədə Şamaxı Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur.

V.Əsgərov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hadisə törədilərkən istifadə edilmiş “Oskar” markalı ov tüfəngi ondan götürülmüşdür.

Şamaxı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

27.11.2019 tarixinə olan kriminal məlumatlar