Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lənkəran rayonunun Şağlaküçə kənd sakini Ş.Əsgərovun idarə etdiyi avtomobilə baxış zamanı narkotik vasitələr və odlu silah aşkar edilərək götürülmüşdür

27.11.2019

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şağlaküçə kənd sakini Ş.Əsgərovun idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış zamanı oradan çəkisi 3 kiloqram 255 qram, yaşadığı evə baxış zamanı isə 9 kiloqram 266 qrama yaxın marixuana, habelə 1 ədəd müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi, 4 ədəd patron aşkar edilərək götürülmüşdür.

Polis əməkdaşları tərəfindən Ş.Əsgərovun narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. Narkotiklərin qanunsuz dövriyyəsində ona vasitəçilik etməkdə şübhəli bilinən Qurumba kənd sakini, əvvəllər məhkum olunmuş S.Rüstəmov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.

27.11.2019 tarixinə olan kriminal məlumatlar