Göyçay rayonunun Cəyirli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
27.11.2019Noyabrın 27-də saat 22 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində rayon sakini E.Şamilov idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü və sərnişini olan həmyerlisi Ruslan Rüstəmov xəstəxanaya yerləşdirilmiş, R.Rüstəmov orada ölmüşdür.
Göyçay RPŞ tərəfindən araşdırma aparılır.