Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masazır qəsəbə sakini M.Səmədov və Cəlilabad rayon sakini H.Əliyev saxlanılmışlar

22.11.2019

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Abşeron rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Səmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin və metamfetamin aşkar edilmişdir.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə əlavə olaraq 53 qrama yaxın heroin, 52 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satan şəxs də müəyyən edilmişdir. Görülmüş tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini H.Əliyev də saxlanılmış, ondan 50 qramdan artıq heroin götürülmüşdür.


22.11.2019 tarixinə olan kriminal məlumatlar