Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
22.11.2019Noyabrın 22-də saat 8 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini M.Abdullayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Aybəniz Əlimirzəyevanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.