Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində aşmış avtomobilin qoşqusundakı yanacaq çənində yanğın baş vermişdir
22.11.2019Noyabrın 22-də saat 3 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Culfa rayon sakini Yavər Kələntərov idarə etdiyi “DAF” markalı avtomobili aşırmış və sonradan qoşqusundakı yanacaq çənində yanğın baş vermişdir. Nəticədə sürücü hadisə yerində ölmüş, sərnişini yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.