Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən A. Babayev saxlanılmışdır
22.11.2019Nərimanov RPİ 16-cı PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən A. Babayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq metamfetamin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə əlavə olaraq 69 qrama yaxın heroin və 38 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.