Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etməkdə şübhəli bilinən Ucar rayonunun Bağman kənd sakini R.Orucov saxlanılmışdır

09.11.2019

Noyabrın 8-də Ucar rayonunun Məlikballı kənd sakini K.Daşdıyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Ucar RPŞ-yə məlumat daxil olmuşdur.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılmışdır.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla naməlum şəxsin K.Daşdıyevə bıçaqla xəsarət yetirib mobil telefonunu alması müəyyən edilmişdir.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bağman kənd sakini R.Orucov qısa müddətdə müəyyən edilərək saxlanılmışdır.

Faktla əlaqədar başlanmış cinayət işi Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinə tövsif edilmişdir.