Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
09.11.2019Noyabrın 9-da saat 12 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Elşən Quliyevin idarə etdiyi “Opel” və Xaçmaz rayon sakini Elşən Nəzirovun idarə etdiyi “VAZ-2115” markalı avtomobillər toqquşmuş, “Opel” markalı avtomobil aşmışdır. Nəticədə E.Quliyevin sərnişini Məhəmməd Bilbiləliyev xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.