Quba rayonunun Qaraçay kəndi ərazisində yol-nəqliyyat hadisəsi
09.11.2019Noyabrın 9-da saat 4 radələrində Quba rayonunun Qaraçay kəndi ərazisində Bərqov kənd sakini Cəlal Cəbrayılov idarə etdiyi “VAZ-21120” markalı avtomobili yol ayırıcısına vurmuşdur. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilmiş, C.Cəbrayılov orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.