Hacıqabul şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
09.11.2019Noyabrın 9-da saat 22 radələrində Hacıqabul şəhəri ərazisində Cəbrayıl rayon sakini Q.Allahverdiyev idarə etdiyi “Khazar” markalı avtomobili yol ayırıcısına vurmuşdur. Nəticədə avtomobildəki sərnişinlər - Cəbrayıl rayon sakini Sahibə Quliyeva və İmişli rayon sakini Mirqayım Tağıyev hadisə yerində ölmüşlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.