Tərtər rayonunun Qarağacı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
09.11.2019Noyabrın 9-da saat 19 radələrində Tərtər rayonunun Qarağacı kəndi ərazisində Bakı şəhər sakini Rəşid Əlizadə idarə etdiyi “VAZ-21901” markalı avtomobili qarşıda gedən kənd sakini Vüqar Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusuna vurmuşdur. Nəticədə R.Əliyevin sərnişini, Ağcabədi rayon sakini Səyyarə Məhərrəmova hadisə yerində ölmüşdür.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.