Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonu ərazisində sərnişin qismində mindiyi avtomobilin sürücüsünü bıçaqla hədələyərək nəqliyyat vasitəsini qaçırdan C.Zeynalov avtomobillə birgə saxlanılmışdır

06.11.2019

DİN-in “102” Zəng Mərkəzinə quldurluq hadisəsi barədə məlumat daxil olmuşdur. Müraciətlə əlaqədar Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, noyabrın 6-da saat 1 radələrində 20 Yanvar küçəsində Abşeron rayon sakini E.Cəfərovun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobilə sərnişin qismində oturan şəxs Cavadxan küçəsinə gedəcəyini bildirmişdir. Həmin ərazidə o, sürücünü bıçaqla hədələyərək avtomobildən düşürmüş və qeyd edilən nəqliyyat vasitəsində hadisə yerini tərk etmişdir.

19-cu Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə  dəfələrlə məhkum olunmuş C.Zeynalov qısa müddətdə müəyyən edilərək avtomobillə birgə saxlanılmışdır.