Xızı rayonu ərazisində “Hyundai” markalı avtomobillə rayon sakini C.Abbasov vurulmuşdur
06.11.2019Noyabrın 6-da saat 18 radələrində Xızı rayonunun Giləzi kəndi ərazisində Neftçala rayon sakini V.Əhmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən rayon sakini Ceyhun Abbasovu vurmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.