Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini E.Məmişova vurulmuşdur
06.11.2019Noyabrın 6-da saat 13 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Ağazadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Elyanə Məmişovanı vurmuşdur. Nəticədə N.Ağazadə xəsarət almış E.Məmişovanı həmin qəsəbədə yaşayan qohumunun evinə aparmış və təcili tibbi yardım stansiyasının həkimləri gələnədək E.Məmişova orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.