Saatlı rayon sakini İ.Alışovun avtomobilindən bank kartlarını oğurlayaraq hesabındakı pulu çıxarmaqda şübhəli bilinən M.Rəhimov saxlanılmışdır
06.11.2019Saatlı RPŞ-yə müraciət edən Sarıcalar kənd sakini İ.Alışov noyabrın 5-nə keçən gecə kənd ərazisində “VAZ-2106” markalı avtomobilindən 2 ədəd bank kartı oğurlandığını və hesabındakı 560 manat pulun çıxarıldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini M.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılmışdır.