Astara rayon sakini A.Əliyevdən 35 qramdan artıq heroin və 68 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür
13.10.2019Nəsimi RPİ 20-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 35 qramdan artıq heroin və 68 qrama yaxın metamfetamin aşkar edilərək götürülmüşdür.