Hacıqabul şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
13.10.2019Oktyabrın 13-də saat 18 radələrində Hacıqabul şəhəri ərazisində Quba rayon sakini İ.İsrafilovun idarə etdiyi “Mercedes” və Füzuli rayon sakini Qəfər Hüseynovun idarə etdiyi “KamAZ-5320” markalı avtomobillər toqquşmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş Q.Hüseynov orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.