Göyçay rayonunun Şəhadət kənd sakini R.Hacıyevdən və Göyçay şəhər sakini İ.Məlikovdan müvafiq sənədləri tüfəng və ləvazimatları götürülmüşdür
13.10.2019Göyçay RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz ovla məşğul olan Şəhadət kənd sakini R.Hacıyevdən müvafiq sənədləri olan “İJ-54” markalı tüfəng, 13 ədəd patron, 5 ədəd giliz, Göyçay şəhər sakini İ.Məlikovdan isə müvafiq sənədləri olan “Sent-Tite” markalı tüfəng, 10 ədəd patron, 1 ədəd giliz və 2 ədəd quş götürülmüşdür.
R.Hacıyev və İ.Məlikov barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir.