Oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini S.İsgəndərov, R.Abdullayev, S.Əliyev və V.Musayev saxlanılmışdır
13.10.2019Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 2 evdən pul və velosiped, habelə marketlərin birindən tütün məmulatı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini S.İsgəndərov saxlanılmışdır.
Polis əməkdaşları tərəfindən onun digər 4 nəfərlə birgə daha 2 mağazadan pul, danışıq kartları, ərzaq məhsulları, tütün məmulatı, spirtli və sərinləşdirici içkilər oğurlamaları da müəyyən edilmişdir.
Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinənlər - R.Abdullayev, S.Əliyev və V.Musayev də polis əməkdaşları tərəfindən saxlanılmış, bir nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.Əməliyyat-axtarlış tədbirləri davam etdirilir.