Nəsimi rayonu ərazisində kirayədə yaşayan S.Canımovaya bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən A.Qurbanlı tutulmuşdur
24.08.2019Avqustun 24-də naməlum şəxs Nəsimi rayonu ərazisində kirayədə yaşayan Sumqayıt şəhər sakini S.Canımovaya bıçaqla xəsarət yetirmişdir.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qurbanlı tutulmuşdur.
Ətrafında aparılmış tədbirlərlə onun avqustun 19-da Abşeron rayon sakini M.Alının baş nahiyəsinə şüşə qabla xəsarət yetirərək quldurluq yolu ilə 70 manat pulunu, mobil telefonunu və qızıl əşyalarını alması da müəyyən edilmişdir.Nəsimi RPİ tərəfindən araşdırma aparılır.