Binəqədi rayonu ərazisində avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Məcidov saxlanılmışdır
24.08.2019Avqustun 24-nə keçən gecə Binəqədi rayonunun Ş.Məmmədova küçəsində Bakı şəhər sakini T.Cəfərova məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərilməsi barədə 5-ci Polis Bölməsinə müraciət daxil olmuşdur.
5-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş A.Məcidov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun avqustun 12-dən 18-dək olan müddətdə daha 4 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.