Bakı şəhər sakini F.Aşurlunun avtomobilini qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilmişdir
24.08.2019Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Aşurlu avqustun 24-də Ə.Əhmədov küçəsindən “VAZ-2121” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə A.Şərifzadə küçəsində tapılmış, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs müəyyən edilmişdir.
Yasamal RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.