Yevlax rayon sakini D.Mustafayevaya məxsus həyətyanı sahədən çətənə kolları aşkar edilərək götürülmüşdür
24.08.2019Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yevlax RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Hacıselli kənd sakini D.Mustafayevaya məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.
Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə olaraq 455 qramdan artıq marixuana götürülmüşdür.