Xətai rayonu ərazisində 2 avtomobildən oğurluqda şübhəli bilinən A.Cəlilov saxlanılmışdır
21.08.2019Xətai RPİ 34, 35 və 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 19-da rayon ərazisində 2 avtomobildən 2800 manat pul, 2 ədəd mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Cəlilov saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha 6 avtomobildən pul, sənəd, videoqeydiyyat qurğusu, akkumulyator və kosmetik əşyalar oğurlaması da müəyyən edilmişdir.