Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
21.08.2019Avqustun 21-də saat 7 radələrində Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində Ağstafa rayon sakini R.Fərəcov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Saatlı rayon sakini B.Rəcəbovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurmuşdur.
Nəticədə R.Fərəcovun sərnişinlərindən Şahin İsmayılov hadisə yerində ölmüş, digər sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.