Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində əcnəbi vətəndaşı döyüb pulunu və mobil telefonunu almmaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
21.08.2019Avqustun 15-də saat 1 radələrində 2 naməlum şəxs Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində əcnəbi vətəndaşı döyüb 70 manat pulunu və mobil telefonunu almışdır.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Y.Heydərov və əvvəllər məhkum olunmuş Y.Novruzov saxlanılmışlar.