Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quba rayonunun Rustov kənd sakini E.Əzizov avtomobillə vurulan azyaşlını öz avtomobilində xəstəxanaya apararkən baş vermiş YNH nəticəsində ölmüşdür

21.08.2019

Avqustun 21-də saat 15 radələrində Quba rayonunun Rustov kəndi ərazisində kənd sakini C.Baxışov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmkəndlisi 5 yaşlı Renat Orucəliyevi vurmuşdur.

Xəsarət almış R.Orucəliyevi qonşusu Emin Əzizov VAZ-2107” markalı avtomobilində xəstəxanaya apararkən 1-ci Nügədi kəndi ərazisində idarə etdiyi nəqliyyat vasitəsini qarşıda gedən Xırdalan şəhər sakini E.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurmuş və E.Əzizovun avtomobili yolun kənarındakı maneəyə çırpılmışdır.

E.Əzizov və R.Orucəliyev hadisə yerində ölmüşlər.

21.08.2019 tarixinə olan kriminal məlumatlar