Qəbələ rayonunun Dızaxlı kəndi ərazisində kənd sakini Teymur Səfərçinovu qətlə yetirməkdə şübhəli bilinən N.Rəhimov tutulmuşdur
02.08.2019Cari il iyulun 31-də Qəbələ rayonunun Dızaxlı kəndi ərazisində kənd sakini Teymur Səfərçinovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılmışdır.
Onun kliniki ölüm keçirməsi bildirilmiş və avqustun 1-də kənd qəbristanlığında dəfn edilmişdir.
Araşdırmalarla həmin gün qeyd edilən kəndin ərazisində T.Səfərçinovla həmkəndlisi N.Rəhimov arasında münaqişə baş verməsi və sonuncunun onu (baş nahiyəsinə) yumruqla vurduğundan ölməsi müəyyən edilmişdir.Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Rəhimov tutulmuşdur.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.