Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

02.08.2019

Avqustun 2-də saat 12 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Əli Abasov idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Ş.Babaşovun idarə etdiyi “Honda” markalı avtomobilə vurduqdan sonra idarəetməni itirib yolun əks istiqamətinə çıxaraq Ağsu rayon sakini E.Xasıyevin 49 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusla toqquşmuşdur.

Nəticədə Ə.Abasov hadisə yerində ölmüş, E.Xasıyevin 2 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

02.08.2019 tarixinə olan kriminal məlumatlar