Mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Tahirov saxlanılmışdır
02.08.2019Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 2-də rayon ərazisindəki dönərxanaların birində Ağsu rayon sakini Ə.Ələkbərovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Tahirov saxlanılmışdır.