Ağdaş rayonunun Kotavan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
02.08.2019Avqustun 2-də saat 20 radələrində Ağdaş rayonunun Kotavan kəndi ərazisində kənd sakini İsmayıl Teymurov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş İ.Teymurov orada ölmüşdür.
Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.