Hacıqabul rayonunun Muğanlı qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobillə Bakı şəhər sakini E.Kazımov vurulmuşdur
02.08.2019Avqustun 2-də saat 3 radələrində Hacıqabul rayonunun Muğanlı qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Valiulin idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi Elman Kazımovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.