Soyğunçuluqda şübhəli bilinən Göyçay rayon sakini E.Rəhimov saxlanılmışdır
29.06.2019Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 29-da rayon ərazisində Bakı şəhər sakini M.Nağıyevaya zor tətbiq edib içərisində pul və mobil telefon olan pulqabısını soyğunçuluq yolu ilə ondan almaqda şübhəli bilinən Göyçay rayon sakini E.Rəhimov saxlanılmışdır.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.