İmişli rayonunun Cahar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
29.06.2019İyunun 29-da saat 1 radələrində İmişli rayonunun Cahar kəndi ərazisində Hacıalmuradlı kənd sakini Lənkəran Əhmədov idarə etdiyi “T-28” markalı traktoru yolayırıcısına (səkiyə) vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.