Yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilmişdir
29.06.2019Balakən RPŞ-nin əməkdaşları tərəfindən Gərəkli kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1,1 tondan artıq 1783 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.
Tərtər RPŞ-nin əməkdaşları tərəfindən Qaradağlı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1,2 tondan artıq 2312 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.
Ucar RPŞ-nin əməkdaşları tərəfindən Məlikballı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1,1 tona yaxın 1317 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.