Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Balakən rayonunun Qazma kənd sakini Əmanət Hacıyeva yerləşdirildiyi xəstəxanada ölmüşdür
29.06.2019İyunun 28-də saat 21 radələrində Balakən rayonunun Qazma kəndi ərazisində kənd sakinləri A.Qandayevin idarə etdiyi “VAZ-21015” və Y.Hacıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Y.Hacıyevin sərnişini, həmkəndlisi Əmanət Hacıyeva xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
Balakən RPŞ tərəfindən araşdırma aparılır.