Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Əməliyyat və profilaktiki tədbirlər davam etdirilir

25.06.2019

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.   

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini S.Musayevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 1 ədəd patron aşkar edilərək götürülmüşdür.

Aparılan profilaktik tədbirlər nəticəsində Nardaran qəsəbə sakinləri olan iki qardaş “İJ-27” və “İJ-12” markalı tüfəngləri könüllü olaraq Sabunçu RPİ-nin 42-ci Polis Bölmsinə təhvil  vermişlər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

25.06.2019 tarixinə olan kriminal məlumatlar